Türkiyədə Fətullah Gülənə bağlı terror qruplaşması - FETÖ-ya qarşı əməliyyatlar davam edir
Arannews-Ahaber-ə istinadən xəbər verir ki, bu gün FETÖ terror qruplaşmasının Türkiyə Ordusuna sızan üzvlərinə qarşı 22 şəhərdə anti-terror əməliyyatı keçirilib.
Məlumata görə, 181 vəzifədə olan hərbçi olmaqla 191 nəfər şübhəli şəxs qismində saxlanılıb.
İzmir Prokurorluğunun başlatdığı istintaq-əməliyyat tədbirləri ilə saxlanılanlardan məhkəmənin hökmülə 145 nəfər həbs olunub.
İstintaqa əsasən 2004-2016-cı illər arasında İzmirdə FETÖ üzvləri tərəfindən imtahanlarda nömrə verilərək üzvlərinin orduya sızdırılması üçün qanunsuzluq ediblər.
Həbs olunanların hamısı zabitdir.