Tarix : 2020 Jun 13
Kod 59849

Təbrizdə “Sionist rejiminin Qafqazda nüfuzunun səbəblərinin araşdırılması-Ermənistana diqqət etməklə” adlı elmi konfrans keçirilib

Təbrizdə “Sionist rejiminin Qafqazda nüfuzunun səbəblərinin araşdırılması-Ermənistana diqqət etməklə” adlı elmi konfrans keçirilib.
AranNews-in “İsna”-ya istinadla verdiyi xəbərə görə, elmi konfransda sionist rejimin Qafqazda hüzur və nüfuzunun məqsəd və aspektləri araşdırılıb.
Konfrans Təbriz Universiteti Qafqaz, Anadolu və Orta Asiya Araşdırma Mərkəzinin təşəbbüsü ilə keçirilib. Universitet müəllimləri və Qafqaz məsələləri üzrə mütəxəssislərin iştirakı ilə baş tutan konfransda sözügedən mərkəzin rəhbəri deyib: “İran İslam Respublikasının ömründən 40 il ötməsi, müqavimət cəbhəsinin vasitəsilə sionist rejimin boğazının sıxılması və sionist rejimi sərhədlərində bizim iqtidarlı hüzurumuzla bu nəhs rejimin bizimlə düşmənçiliyi heç də təəccüblü deyil. Bizim təəccübümüz Ermənistan dövlət adamlarının rəftarına görədir ki, aşkar həqiqətlər və Rəhbərin “İsrail gələn 25 ili görməyəcək” deməsini bildikləri halda işğal edilmiş ərazilərdə səfirlik açmağa qərar verirlər.”
Təbriz Universiteti müəllimi Həbib Ağacani deyib: “Xalq kütləsini regionda baş verən hadisələr, habelə terrorçu, qarətçi, fasid və uşaq qatili olan İsrail rejiminin çirkin məqsədləri barədə məlumatlandırmaq zəruridir.”
O əlavə edib: “Sionist rejimi dağılmaq üzrədir və batmaqda olmaqda olan bir rejimlə münasibət qurmağa təlaş etmək qəflət və sadəlövhlüyün pik həddidir.”
Konfransın davamında Qafqaz məsələləri üzrə ekspert qərb mədəniyyəti qarşısında İslam mədəniyyətinə diqqət yetirməyi vacib bilib. Asif Hacızadə deyib: “Sionist rejimi və onun qərbli hamiləri vətəndaş millətçiliyi yaxud liberal millətçilik kimi zəminələrdən istifadə etməklə Ermənistan hökumətinə nüfuz etməyə və ondan öz mədəniyyət və kimliklərini nüfuz etdirmək üçün şərait yaratmağa təlaş göstərirlər.”
Ekspert əlavə edib: “Bugün inqilab cərəyanı İslam mədəniyyəti sahəsində bütün gücünü işə salmalı və sionizmin regionda təsirinə mane olmalıdır. Bu istiqamətdə biz İslami mədəniyyət baxımından öz strateji dost və düşmənimizi ayırd etməliyik.”
Daha sonra Təbriz Universitetinin tarix fakültəsinin dekanı Vəli Dinpərəst Ermənistan hökuməti və sionist rejiminin bir-birinə yanaşma amillərini izah edərək deyib: “Rusiyanın Qafqazda hegemonluğuna diqqət etməklə bu münasibətlər ciddi maneələrlə qarşılaşacaq.”
“Sionist rejiminin Qafqazda nüfuzunun səbəblərinin araşdırılması-Ermənistana diqqət etməklə” elmi konfransı Təbriz Universiteti Qafqaz, Anadolu və Orta Asiya Araşdırmalar Mərkəzinin təşəbbüsü və səyi ilə keçirilib. Dünən axşamüstü Təbrizdə baş tutan elmi konfransda universitet müəllimləri və Qafqaz məsələləri üzrə ekspertlər iştirak edib.

 
  • Yazılıb
  • da (də) 2020 Jun 13
  • Göndərən جهان کمالی