Tarix : 2020 Jun 13
Kod 59851

Cənubi Qafqazda sionist rejiminin nüfuzu ilə mübarizə yollarının araşdırılması” konfransı keçirilib

Təbrizdə “Cənubi Qafqazda sionist rejiminin nüfuzu ilə mübarizə yollarının araşdırılması-Ermənistana diqqət etməklə” elmi konfransı keçirilib.
AranNews-in “İRİB” İnformasiya Agentliyinə istinadla verdiyi xəbərə görə, elmi konfransın elmi katibi deyib: “Qəsbkar sionist rejimi son illərdə məntəqə ölkələrində özünə yer etmək üçün siyasi münasibətlər qrumağa səy edir. Onların Cənubi Qafqaz ölkələrinə, xüsusilə də Ermənistana son səfərləri narahatlıq yaradır.”
Urəngi Ermənistan dövlətinin sionist rejimlə münasibətlərinə yenidən baxmalı olduğuna toxunaraq deyib: “Sionist rejimi dağılmaq üzrədir və boğulmaqda olan bir ölkə ilə münasibətlər qurmaq qəflətin pik həddidir.”
Konfransda Təbriz Peyam-Nur Universitetinin müəllimi Camalpur deyib: “Xalq kütlələrini məntqədə baş verən hadisələr və terrorçu, qarətçi, fasid və uşaq qatili olan sionist rejiminin çirkin məqsədləri barədə məlumatlandırmaq zəruridir.”
Qafqaz məsələləri üzrə ekspert qərb mədəniyyəti ilə qarşılaşmaqda İslam mədəniyyətinə diqqət yetirməyi vacib bilərək deyib: “Sionist rejim və imperializm təlaş edirlər ki, öz mədəniyyət və kimliklərini nüfuz etdirmək üçün müxtəlif yollardan istifadə etsinlər.”
Elmi konfransda sionist rejimin Ermənistanda hüzur və nüfuzunun məqsəd və aspektləri araşdırılıb.

 
  • Yazılıb
  • da (də) 2020 Jun 13
  • Göndərən جهان کمالی