Tarix : 2020 Jun 14
Kod 59855

Sionist rejimi Qafqazda özünə yer etmək istəyir

Siyasi məsələlər üzrə ekspert: “Sionist rejimi Cənubi Qafqaz ölkələrinə köməyə gəlmir, əksinə özünə yer etmək ardıncadır.”
AranNews-in “İSNA”-ya istinadla verdiyi xəbərə görə, Müslim Urəngi 11 iyun cümə axşamı günü “Cənubi Qafqazda sionist rejiminin nüfuzu ilə mübarizə yolları-Ermənistana diqqət etməklə” elmi konfransında deyib: “Yaxşı qonşuluq prinsipinə diqqət etməklə İran ona dostluq əli uzadan bütün qonşu ölkələrə dəstək verib.”
Siyasi ekspert əlavə edib: “Suriyanın bir daha özünə gələ biləcəyinə heç kim inanmırdı. Lakin dünya müsəlmanlarının, xüsusilə də İranın dəstəyi ilə bu iş baş tutdu.”
Ekspert azadlıqsevərlik hərəkatında müsəlmanların və ermənilərin iştirakına toxunaraq deyib: “Bizim ölkəmizdə rahat yaşayan ermənilər Müqəddəs Müdafiə illərində müharibədə iştirak etdilər və şəhid verdilər.”
M. Urəngi vurğulayıb: “Ümid edirik ki, bu toplantı və konfranslar Ermənistan ölkəsi və hökumətinin işğalçı sionist rejiminin Fələstin və Suriyada nələr etdiyini görməsinə səbəb olacaq.”
Ekspert dinlər arasında uzaqlıq olmadığını və dinlərin hamısının məqsədinin ilahi tövhidə qovuşmaq olduğunu xatırladaraq deyib: “Sionist rejiminin hərəkətləri tamamilə işğalçılıq və imperializmdir. Hətta yəhudilərin özü də sionistlərin bu hərəkətlərini qəbul etmirlər. Sionist rejim hər hansı regiona ayaq qoyubsa, həmin regiona xidmət göstərməyib, əksinə Amerika dünya imperializminin həmin məntəqədə gizli əli olmuşdur.
Ermənistan sionist rejiminə səfir göndərmək və bu rejimdə səfirlik açmaq qərarına yenidən baxmalıdır.”

 
  • Yazılıb
  • da (də) 2020 Jun 14
  • Göndərən جهان کمالی