Tarix : 2020 Jun 15
Kod 59862

ABŞ-da etirazçılara atəş açıldı - 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

 “Arannews-Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb. Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.  Hadisə ilə bağlı araşdırma başladılıb

  • Yazılıb
  • da (də) 2020 Jun 15
  • Göndərən جهان کمالی