ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Arannews-Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb. Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb