Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımovun və Müsəlman Birliyi Hərəkatının rəsmi Facebook səhifəsi oğurlanıb.
Arannews-Bu barədə Rakurs.tv-yə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən bəyanat daxil olub.
"Müsəlman Birliyi Hərəkatına qarşı növbəti təxribat və cinayət törədilib.
Təşkilatın və MBH İdarə Heyətinin sədri Elçin Qasımlının rəsmi facebook səhifələri kibercinayətkar hücumlara məruz qalıb.
Cinayət nəticəsində "MBH (@MuselmanBirliyiHerakati)" və "Elçin Qasımov (@elcinqasimo)" səhifələri oğurlanıb.
Hadisə ilə bağlı Müsəlman Birliyi Hərəkatı rəhbərliyi qəbul etdiyi qərarda bildirir ki, Azərbaycanın da Avropa Şurası çərçivəsində qoşulduğu “Kibercinayətkarlıq haqqında” Konvensiyanın şərtlərinə uyğun olaraq məsələyə düzgün qiymət verilməsi üçün müvafiq hüquqi addımlar atılaraq yerli və beynəlxalq qurumlara müraciət ediləcək.
Həmçinin MBH rəhbərliyi bəyan edir ki, sözügedən səhifələr vasitəsilə törədilmə ehtimalı olunan hər hansı təxribat və ya digər bütün hadisələrin baiskarı səhifələri oğurlamış cinayətkarlar olacaq.
Müsəlman Birliyi Hərəkatı üzvlərini, tərəfdarlarını və hər kəsi həssaslıq göstərərək, məsələ ilə əlaqədar xüsusi diqqətli və ehtiyyatlı olmağa çağırır".