Corc Floydun ölümündən sonra ABŞ-da etiraz mitinqləri davam etdikcə, bu ölkənin əhalisi etirazlara təkcə bir insanın ölümünə reaksiya kimi deyil, həm də köhnə problemlərə görə məyusluğun ifadəsi kimi baxır.
Arannews-regnum.ru agentliyinə istinadən bildirir ki, bu barədə Pew Araşdırma Mərkəzi keçirdiyi sorğu əsasında məlumat verib.
"ABŞ-da böyüklərin mütləq əksəriyyəti sadəcə tək Floydun ölümünə qəzəblənməyib. Onlar afrikalı amerikalılarla polis arasındakı gərginliyi, ikincinin irqi azlıqlara qarşı zaman-zaman göstərdiyi zorakılığın nəticəsi kimi qəbul edib və bundan həmişə narahat olduqlarını bildiriblər. Floydun ölümü isə etirazlar üçün vəsilə olub", - deyə agentlik bildirir.
ABŞ-da yaşca böyük əhalinin hər on nəfərindən təxminən altısı bu qənaətdədir ki, etiraz aksiyalarına özlərinin kriminal məqsədləri üçün qoşulanlar da az deyil.