Ermənistan ordusunun yeni Baş qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal olunmuş torpaqlarına gəlib.
Arannews- Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Qasparyan Qarabağda təmas xəttinin şimal-şərq istiqamətində döyüş postlarının möhkəmləndirilməsi, yeni mühəndis-istehkam işləri ilə tanış olub.
Onu Qarabağdakı separatçı rejiminin "rəsmi şəxsləri", o cümlədən “müdadiə naziri” Cəlal Arutunyan da müşayiət edib.