Rusiyanın “United World” saytı Məsud Sədrməhəmmədinin qələmi ilə yazılmış “Amerikanın Karib və Fars körfəsində eyni vaxtda təhqir olunması” adlı təhlilində İran neft tankerlərinin Venesuelaya göndərilməsinin müxtəlif aspektlərinə toxunub
AranNews-in “Anac” İnformasiya Agentliyinə istinadla verdiyi xəbərə görə, “United World” beynəlxalq məsələlər üzrə ekspert Məsud Sədrməhəmmədinin qələmi ilə bu mövzunu araya gətirib ki, “qarşılıqlı ticarət əlaqələri müasir dünyada adi bir məsələ sayılsa da, bu ticarət ABŞ-ın məhv etmək məqsədilə təzyiqlərə məruz qoyulduğu iki ölkə tərəfindən həyata keçdikdə, imperializm sistemi qarşısında müqavimət üçün simvolik hərəkətə çevrilir”-yazıb:
“İran 1979-cu ildən bəri ən ağır iqtisadi sanksiyalarla üzləşmiş, onunla əlbəyaxa olmuşdur və Amerikanın bu hərəkətlərini beynəlxalq qanunların, bütün ümumdünya nizam qaydalarının aşkar şəkildə pozulması, iqtisadi və dövlət terrorizmi sayır. Venesuela da illərdir ki, Amerika tərəfindən sanksiyalara və daxili təhriklərə məruz qalmışdır. Amerika dəfələrlə iqtisadi və daxili sabitliyin pozulması kimi təzyiq vasitələrindən istifadə edərək siyasi cinahları Vaşinqtona meylləndirməyə təlaş etmiş və beləliklə, Karakası anti-imperializm ölkələri sırasından çıxarmağa səy göstərmişdir. Belə bir durumda Amerika Venesuelanın öz yanacaq ehtiyacını təmin edə bilməyəcəyi və İranın ölkənin işlərini idarə etmək üçün likvidliyi təmin etməkdə bacarmayacağını düşündüyü bir vaxtda Tehran və Karakas önəmli bir razılaşma ilə Venesuelaya yanacaq göndərmək qərarına gəlir. Bu hərəkət o cəhətdən önəmli sayılırdı ki, İran Amerikanı Karaibdə və Fars körfəzində eyni vaxtda təhqir edir və saymırdı. İran öz təbii haqqında faydalanmaqla 5 neft gəmisini beynəlxalq sular vasitəsilə Venesuelaya göndərdi, Amerikanın bu gəmilərə problemlər yaradacağı mümkün təhdidlərə əhəmiyyət vermədən, gəmilərə qarşı hər hansı yarana bilən problemin məsuliyyət və nəticəsinin Amerikaya tuşlanacağını bildirdi. Venesuela da Amerika dəniz donanmasının Karib dənizində hüzuruna baxmayaraq, öz dəniz və hava qüvvələrindən istifadə etməklə İran gəmilərini müşayət etdi. 24 may və 2 iyun arasında İran neft tankerlərinin Venesuela sahillərinə çatmasının ardınca Karakas hökuməti ölkənin hər yerində yeni yanacaq paylanması sistemi işə saldı. Digər tərəfdən İran da göndərdiyi yanacağın qiymətini nağd şəkildə aldı. Bu addım Amerika və müttəfiqlərinin imperializm hökmranlığına qarşı təlaş olmaqla yanaşı, həm də imperializm əleyhinə olan ölkələrin qanuni hökumətlərinin hakimiyyət