Tarix : 2020 Jun 21
Kod 59883

Konqres binası qarşısında amerikalı bir etirazçının şübhəli ölümü

ABŞ Konqresi binası qarşısında keçirilən etiraz aksiyası zamanı bir nəfərin öldüyü, digərinin ağır yaralandığı və vəziyyətinin kritik olduğu bildirilir.

Arannews- xarici mediaya istinadən xəbər verir:

ABŞ Konqresi binası qarşısında keçirilən etiraz aksiyası zamanı bir nəfərin öldüyü, digərinin ağır yaralandığı və vəziyyətinin kritik olduğu bildirilir.

Xəbər mənbələri amerikalı bir etirazçının ABŞ Konqres binası önündəki Xüsusi Zona qarşısında şübhəli ölümü və atışma zamanı başqa bir insanın yaralandığını bildirdi.

Seattle Times qəzetinin verdiyi məlumata görə, yerli vaxtla şənbə günü səhər Sietldəki bir qrup etirazçıya açılan atəş nəticəsində bir nəfər ölüb, digəri yaralanıb. Regional polis kəşfiyyat idarəsinin rəisi hadisədə iştirak edən kəslərin kimliyi və ya həbsi və hadisənin təfərrüatları barədə məlumatı olmadığını söylədi.

Polis işçiləri ipuclarını tapmaq üçün hadisədən çəkilən görüntüləri araşdırdıqlarını söylədi.

Harborium Xəstəxanasının sözçüsü Susan Gregg vurulan iki adamın mərkəzdə müalicə edildiyini, onlardan birinin öldüyünü, digərinin vəziyyətinin ağır olduğunu bildirdi. Yayılan bəzi videolarda hadisə zamanı çoxlu sayda polisin və qəzəbli etirazçıların olması göstərilir.

Qurbanın cəmi 19 yaşı olduğu barədə məlumatlar var.

Təxminən üç həftə əvvəl qaradərili Amerika vətəndaşı Corc Floyd Minneapolis polisi tərəfindən öldürüldü.

Ölümündən əvvəl Floyd dizini boynuna qoyan bir polis məmuruna “Nəfəs ala bilmirəm.” – dedi.

 

  • Yazılıb
  • da (də) 2020 Jun 21
  • Göndərən جهان کمالی