Tarix : 2020 Jun 22
Kod 59885

Həzrət Məsumənin (ə) mövlud günü münasibətilə

Həzrət Fatimə Məsumənin (ə) mövludu mübarək olsun

Zilqədə ayının birinci günü həzrət Fatimə Məsumənin (ə) viladət günüdür. Bu gün, “Qızlar Günü” adlanmışdır. Bu günün dünya şiələri arasında xüsusi yeri vardır və qız övladı olan ailələr bu münasibətlə qızlarına hədiyyə verir, onları daha artıq əzizləyir, məhəbbət göstərirlər.
AranNews – Zilqədə ayının birinci günü həzrət Fatimə Məsumənin (ə) viladət günüdür. Bu gün, “Qızlar Günü” adlanmışdır. Bu günün dünya şiələri arasında xüsusi yeri vardır və qız övladı olan ailələr bu münasibətlə qızlarına hədiyyə verir, onları daha artıq əzizləyir, məhəbbət göstərirlər.
Həzrət Fatimə Məsumə (ə) İmam Musa Kazimin (ə) qızıdır. O, 1 zilqədə 173-cü hicri-qəməri ilində, həzrət İmam Rizanın (ə) dünyaya gəlməsindən 25 il sonra Mədinə şəhərində dünyaya göz açmışdır.
Fatimə Məsumə (ə) alim və abid bir xanım olmuş, qardaşı İmam Rizanın (ə) yanında böyümüş və tərbiyə almışdır. Çünki onun dünyaya gəldiyi il atası İmam Musa Kazim (ə) Harun Abbasinin göstərişi ilə zindana salınmışdır və 183-cü ildə şəhid olmuşdur.
Həzrət Musa ibn Cəfərin (ə) Fatimə Kubra, Fatimə Suğra, Fatimə Vusta və Fatimə Uxra adlı 4 qızı olmuşdur.
Fatimə Məsumə (ə) kimi tanınmış Fatimə Kubra Qum şəhərində, Bibi Heybət kimi tanınmış Fatimə Suğra Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin girişində, Sitti Fatimə kimi tanınmış Fatimə Vusta İsfahanda və Xahəri-İmam kimi tanınmış Fatimə Uxra Rəştdə dəfn edilmişdir.

 
  • Yazılıb
  • da (də) 2020 Jun 22
  • Göndərən جهان کمالی