Tarix : 2020 Jun 24
Kod 59901

AİP sədri :Ölkəmizin və xalqımızın real vəziyyəti məni ciddi narahat edir

Dünən Hacı Mövsüm Səmədovun vəkili onunla görüşüb və M.Səmədov dünyada və Azərbaycan Respublikasında baş verən hadisələrə münasibət bildirib.
Arannews - islaminsesi xəbər verir ki Dünən Hacı Mövsüm Səmədovun vəkili onunla görüşüb. M.Səmədov dünyada və ölkəmizdə baş verən hadisələrə münasibət bildirib. Onun fikirlərini oxucularımıza çatdırırıq:
 
"Dünyanın güc mərkəzləri birmənalı olaraq qlobal problemlərdən öz məqsədləri üçün həmişə sui-istifadə etməyə cəhd göstərmişlər. Qlobal istiləşmə, daşqınlar, müxtəlif növ xəstəliklərin geniş yayılması sonda hansısa qütblərin dünyaya diktəsi ilə nəticələnmiş və ya iqtisadi, maliyyə maraqlarının genişlənməsinə səbəb olmuşdur. Agah xalqlar və dövlətlər bu kimi fitnə-fasadların bir sıra hallarda məqsədli şəkildə və süni yollarla yaranmasını müşahidə edir, İlahi təqdirata söykənərək yaranmış böhranlardan itkisiz və ya az itki ilə çıxmağı bacarmışlar.

COVİD-19 pandemiyası ilə bağlı baş verən hadisələr insanları nəinki virusun vurduğu zərərlərdən və gətirdiyi bəlalardan xilas olmaq barədə düşündürür və narahat edir, hazırda bəşəriyyəti daha çox postpandemiya dövründə baş verəcək hadisələr narahat edir. Xüsusən karbohidrogen ehtiyatlarına malik ölkə və xalqlar hədəf olaraq nəzərdən keçirilir.

İşğalçı və istismarçı siniflər, güc mərkəzləri ədalətsiz müharibələrə ara versələr də yeni dünya düzəni üzərində dərin dövlət siyasətlərini bir an belə arxa plana keçirmirlər. Rokfellər, Corc Soroslar işğalçı rejimlərin himayədarları kimi qəsb olunmuş ölkə və bölgələrin təbii sərvətlərinə sahib olmaq üçün yeni layihələr üzərində çalışırlar. Bu haqda kifayət qədər danışılıb və yazılıb.

Məqsədim əlbəttə, bunları təkrar olaraq təhlil etmək deyil. Sadəcə hazırda ölkəmizin və xalqımızın real vəziyyəti məni də bütün Azərbaycan vətəndaşları kimi ciddi narahat edir. Gündəmə gətirilən bir çox məsələlər Azərbaycanın gələcək taleyindən xəbər verir. Neft ehtiyatlarımızın talanması, qəpik-quruşa alınıb daşınması gələcək nəsillərin güzəranının aqibətindən xəbər verirsə, işğal altında qalan torpaqılarımızın qəsbkarlar tərəfindən tədricən de-yure mənimsənilməsi bizdən dövlətimizin və dövlətçiliyimizin qarşılaşa biləcəyi təhlükədən qurtulmaq haqqında düşünməyi və səfərbər olmağı tələb edir. Çox düşündürücü və həm də qorxunc bir sınaq dövrüdür. Xalqımızın istiqlaliyyətini və gələcək müqəddəratını qorumaq hər birimizin üzərinə məsul bir vəzifə qoyur.

Bu vəzifə işğalçı dövlətin baş nazirinin ölkəmizin tarixi memarlıq şəhəri, mədəniyyətlər və abidələr mərkəzi olan, dahilər yetişdirən Şuşaya sərbəst şəkildə səfər etməsinə, hər növ fitnə-fasad törətməsinə qarşı sinəmizi qabağa verməkdən, düşməni mənəvi və fiziki məhv etməkdən ibarət olmalıdır. Buna dəstək verməyənlər isə kimliyindən asılı olmayaraq xalqımızın düşməni və xəyanətkar hesab edilməlirdir. Hər bir vicdanlı, qeyrətli Azərbaycan vətəndaşı bu gün yüksək məqamlı İslam alimlərinin müqəddəs müsəlman torpaqları elan edilən Dağlıq Qarabağın düşmən tapdağından azad edilməsi uğrunda varlığını ortalığa qoymalıdır. Azərbaycanın, 2016-cı il aprel döyüşlərində düşməni geri oturdaraq Vətən yolunda canlarından keçən qeyrətli oğulları bizlərə nümunə olmalıdır. Güclü ordumuz olan yerdə xalqımızın hansısa beynəlxalq təşkilat hesab etdiyimiz qurumların yalançı və riyakar addımlarına inanması sadəcə sadəlövhlükdən, aldanmaqdan başqa bir şey deyil.

Gəlin bu sınaq dövrünün imtahanından uğurla çıxmaq üçün bir daha səfərbər olaq.
 
 
  • Yazılıb
  • da (də) 2020 Jun 24
  • Göndərən امیر ثابت