İranın Rusiyadakı sabiq səfiri Məhdi Sənayi: “General şəhid Süleymaninin Rusiyaya səfərinin tənzimilənməsi həm onun bu məsələdə əhəmiyyətini göstərirdi, həm də ruslar bilirdi ki, cəbhə və əməl meydanında ilk söz general Süleymaniyə aiddir.”
AranNews-in “Həmşəhri” qəzetinə istinadla verdiyi xəbərə görə, Tehranın Moskvadakı sabiq səfiri Məhdi Sənayi qəzetə verdiyi müsahibəsinin bir hissəsində generel şəhid Süleymaninin Rusiyaya səfəri və bu ölkənin prezidenti ilə görüşü barədə danışıb. Sabiq səfir deyib: “General şəhid Süleymaninin Rusiyaya səfərinin tənzimilənməsi həm onun bu məsələdə əhəmiyyətini göstərirdi, həm də ruslar bilirdi ki, o, Suriyada terrorizmlə mübarizə meydanlarını qarış-qarış tanıyır. Görüşün Vladimr Putinlə görüş olaraq ən yüksək səviyyədə təşkil olunması göstərir ki, cəbhə və əməl sahəsində ilk söz general Süleymaninindir. Bu üzdən Rusiya üçün baş verən hadisələrdə onun təsir göstərən fikirlərini bilmək çox önəmli idi.”
Qeyd edək ki, Moskva 25 iyul 2015-ci ildə İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin xüsusi nümayəndəsi general Süleymeniyə evsahibliyi edirdi. General Süleymani Rusiya prezidenti Vladimr Putinlə region məsələləri barədə 140 dəqiqəlik söhbətində rusları Suriyada iştirak etməyə qane etdi.