Tarix : 2020 Jun 24
Kod 59903

Gürcüstandan 178 Azərbaycan vətəndaşı vətənə yola salınıb

Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tbilisidən üç avtobusla Vətənə yola salınıb.

“Arannews-Report”-a istinadən xəbər verir ki, təxliyə olunanların koronavirusla bağlı ötən gün verdikləri testlərin nəticələri neqativ çıxıb.

Vətəndaşlar Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazəsi olacaq.

  • Yazılıb
  • da (də) 2020 Jun 24
  • Göndərən جهان کمالی