Tarix : 2020 Jun 25
Kod 59905

Azərbaycan Atlas Araşdırma Mərkəzi: Təl-Əvivdə səfirlik açdıqdan sonra İranla münasibətləri əvvəlki axarına qayıda bilər

Azərbaycan Respublikasının “Atlas” Araşdırmalar Mərkəzi zəif və sionist rejimlə diplomatik münasibət qurmağın strateji aspektlərini nəzərə almadığı təhlilində proqnoz verib ki, Azərbaycan Təl-Əvivdə səfirlik açdıqdan sonra İranla münasibətlər əvvəlki axarına qayıda bilər.
AranNews – Azərbaycanın “Atlas Araşdırmalar Mərkəzi” “İsraildə hansı hökumətin səfirliyi açılacaq” başlıqlı zəif təhlilində proqnoz verib ki, rəsmi Bakı Təl-Əvivdə səfirlik açdıqdan bir müddət sonra İran-Azərbaycan münasibətlərinin yenidən əvvəlki axarına qayıdacağını da ehtimal etmək olar. 
Mərkəz öz təhlilində İran və Ermənistan münasibətlərinə, sionist rejiminin Azərbaycana silah satışına mane olmaq üçün Ermənistanın Təl-Əvivdə səfirlik açmaq təlaşlarına toxunub, İran xalqının Ermənistanın bu hərəkətinə etiraz etməsini İrəvanın qorxusuna səbəb olduğunu vurğulayıb və bunu İranın Ermənistana xəbərdarlığı adlandırıb.
Təhlildə sionist rejimi prezidentinin Azərbaycan Respublikası prezidentinə məktubuna işarə olunub və bu rejimin İlham Əliyevi Təl-Əvivə rəsmi səfərə dəvət etməsi və səfirlik açması kimi iki xahişi barədə deyilib: “İsrail rəsmiləri illərdir bu iki xahişi səsləndirirlər. Eyni sözləri İsrailin Azərbaycandakı səfiri son müsahibəsində vurğulayıb.”
Təhlildə səy edilib ki, Azərbaycan Respublikası uşaq qatili olan sionist rejiminə neft satıdığına və ondan “modern” hərbi təchizat alması səbəbindən bu nəhs rejimlə münasibətlərə meylli kimi göstərilsin.
Təhlildə İran İslam Respublikasının Azərbaycan-sionist rejimi münasibətlərinin genişlənməsinə narazılığına da toxunulub və ümid edilib ki, Təl-Əvivdə səfirlik açıldıqdan qısa bir müddət sonra İran-Azərbaycan münasibətləri öz əvvəlki vəziyyətinə qayıdacaq!
Təhlilin sonunda Azərbaycan Respublikası hökuməti İranla əməkdaşlığı genişləndirməyə maraqlı, Azərbaycan-İran və Azərbaycan-sionist rejimi arasında dostcasına münasibətlər istəyən ölkə kimi tanıdılıb.
Qeyd edək ki, sionist rejimi Qafqaz məntəqəsində, xüsusilə də Cənubi Qafqazda təfriqə, qorxu və vəhşət yaratmaq, habelə məntəqə ölkələri arasında rəqabət atmosferi yaratmaqla öz təhlükəsizlik, iqtisadi və siyasi məqsədləri istiqamətində addım atır, öz əlaltıları və nüfuz etmiş adamları vasitəsilə bu ölkə başçılarını Təl-Əvivlə münasibətləri genişləndirməyə və hərbi təchizat almağa məcbur edir. Sözsüz ki, bu məsələ Qafqaz regionunun zərərinədir, hətta xaos yarada bilər və resursları itirmək, əmin-amanlığın azalması, hərbi və iqtisadi asılılıq, digər çoxlu problemlərdən başqa töhfə verməyəcək. Əlbəttə, İran İslam Respublikasının sionist rejimilə düşmənçiliyi taktiki deyildir ki, qonşularının Təl-Əvivlə münasibətlərinə göz yumsun. Hər hansı ölkə bu nəhs rejimin məntəqəyə, xüsusilə də İran İslam Respublikasına yaxın olmasına şərait yaratsa, bu addımın ağır və peşmanedici nəticələrini qəbul etməlidir.

 
  • Yazılıb
  • da (də) 2020 Jun 25
  • Göndərən جهان کمالی