Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.
Arannews-Modern.az-a istinadən xəbər verir ki, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür.
Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.