Sumqayıt şəhər sakini Cavid Məmmədzadəyə üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün 10 sutka həbs verilib.
Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, DİN onu xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlandığını bildirir.
İctimai fəal Cavid Məmmədzadə iyunun 26-da saxlanılıb, iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 535- ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirli bilinib.