Tarix : 2020 Jun 30
Kod 59918

Azərbaycanlı zəvvarın xatirəsi

Bütün toxunmaları, hətta ayağımın altındakı xalçanı satdım ki, İmam Rizanın (ə) ziyarətinə gəlim.

Songül Araz İran və Azərbaycan Respublikasının qonşuluğunda, İğdır şəhərində dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra İstanbula köçmüşdür. Songül Araz bir neçə dəfə Məşhədə səfər etmişdir. Məşhəd və İmam Riza (ə) ziyarətinin onun üçün coxlu cazibəlikləri vardır.
AranNews-in “Quds Onlayn”-a istinadla verdiyi xəbərə görə, Songül Arazın Məşhədə ilk səfəri 18 yaşında ikən baş tutmuşdur. “Həyat yoldaşımla birlikdə ortaq həyatımızın ilk səfərini Türkiyədən xaricdə təcrübə etdik. O zaman Türkiyədən qıraqda təhsil alan tələbələr səfər üçün Məşhədi seçirdilər. Biz də gedəcəyimiz günə kimi bu səfər üçün seçilib-seçilməyəcəyimiz barədə həyəcan içində idik. Doğrusu, biz Məşhədə yola düşən axırıncı avtobusda idik. Yoldaşım bu səfər üçün seçildiyimizi mənə xəbər verəndə, sevincimdən şükür səcdəsi etdim. Biz o vaxt təzə ailə qurmuşduq və hələ övladımız yox idi” deyə, Songül öz ilk ziyarət səfəri haqqında xatirəsini bölüşür.
İmam Riza (ə) zəvvarı xatirəsinin davamında deyir: “Yadımdadır, çox acmışdıq. Hərəmin yaxınlığndakı restoranlardan birinə getdik. Lakin yemək qurtarmışdı və təzədən xörək hazırlanması da çox çəkəcəkdi. Mən hamilə idim, həm də çox acmışdım. Aclığın şiddətindən stolun üzərindəki qatıq və çörəyi iştaha ilə yeməyə başladım. Restoranın daxilində bir nəfər mənim belə yemək yediyimi görüb dedi ki, sənin belə yeməyin mənə həzrət Əlini (ə) xatırladır. O həzrət riyasız və sadə yemək yeyirdi, israf etmirdi.
Yemək hazır olduqda artıq biz doymuşduq.”
Həyat yoldaşı tələbə olduğu üçün Songül 4 il Qumda yaşayır. O, bu barədə deyir: “Qumda yaşadığımız illərdə hər vaxt darıxsaydım həzrət Məsumənin (ə) hərəminə gedirdim. Həmişə hərəmə getməzdən öncə fikrimdə çoxlu istək və dualar olurdu. Lakin hərəmə çatdıqda bütün istəklərimi unudurdum və sakitcəsinə Xanımın hərəminə tamaşa edirdim. Həzrət Məsumə (ə) və onun qardaşının yaxınlığında yaşadığım üçün hər gün Allaha şükür edirdim. İndi də Qumda yaşadığım illər üçün çox darıxıram və həmin illərin xatirələrini yada saldıqda xoş hislər yaşayıram.”
Məşhəd səfərinin xoş xatirəsi İmam Riza (ə) zəvvarından əl götürmür. Yaşayış vəziyyəti ona səfər etməyə imkan verməməsinə baxmayaraq, qəlbi həzrətin görüşü şövqü ilə döyünür. O, İmamın (ə) pak zərihini ziyarət etmək üçün bütün səyini göstərir və həzrətin ziyarətinə gəlir. “Yadımdadır, Qumda dərsimiz bitdikdə Türkiyəyə gəlməzdən əvvəl çox istəyirdik ki, Məşhədə gedək. Lakin bizim təlaşımız alınmadı və buna görə çox narahat olduq. Türkiyəyə qayıtdıqdan sonra vəziyyət elə idi ki, Məşhədə səfər edə bilmirdik. Gəlirimiz yaxşı deyildi. Həmin illərdə mən özüm də işləyirdim. Evdə toxuculuq edirdim və toxuduğum malları satırdım. Həmin pulları topladım və 6 ildən sonra ailəmlə birlikdə Məşhədə gəldim.”
 
Bu dəfə anam və qızım da bizimlə gəldi
“Bu səfər 14 il bundan qabaq bizə nəsib oldu. O vaxt mobil telefonlar təzə gəlmişdi. Biz hərəmdə şəkillər çəkdik. O şəkillərdən birini çap etdik və indi də otağımızdadır və həmin illəri bizə xatırladır. Hər vaxt o şəkilə baxdıqda İmam Rizanın (ə) Məşhədi yadıma düşür və əhvalım dəyişir.”
Bu günlərdə koronavirusa görə Songül və ailəsi Məşhədə səfər edə bilmir. Lakin onların qəlbi İmam Riza (ə) üçün döyünür.
“İndi bütün dünya, o cümlədən İran və Türkiyə korona xəstəliyi ilə mübarizədədir. Ona görə də Türkiyə şiələri İmam Rizanı (ə) ziyarət edə bilmirlər. Qabaqkı səfərimizdə mənim övladlarım kiçik idilər və Məşhəd barədə o qədər də xatirələri yoxdur. İndi isə böyüyüblər və Məşhəd səfərinə müştaqdırlar. Dua edirəm ki, dünya yenə də təbii vəziyyətə qayıtsın, beləliklə mənə, ailəmə, bütün şiələrə və həzrəti sevənlərə İmam Rizanın (ə) ziyarəti nəsib olsun. Ümidvaram ki, Məşhəddə yaşayanlar, mehriban İmamızı (ə) ziyarət edə bilən hər kəs bizim hamımız tərəfimizdən həzrəti ziyarət etsin.”

 
  • Yazılıb
  • da (də) 2020 Jun 30
  • Göndərən جهان کمالی