Tarix : 2020 Jul 02
Kod 59926

Azərbaycanda Aİ-95 yenidən bahalaşdı

Çərşənbə günündən Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzin bahalaşıb.

Arannews: xəbər verir ki, çərşənbə günündən Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzin bahalaşıb.

Azırbaycan Dövlət Neft Şirkətindən BBC News Azərbaycancaya verilən məlumata görə, benzinin qiyməti 10 qəpik bahalaşıb və 1 manat 20 qəpik olub .

Qurumun sözçüsü İbrahim Əhmədov deyir ki, "Aİ-95" markalı benzin idxal edilir deye dövlət onun qiymətini tənzimləyə bilmir.

O deyir ki, neftin qiyməti ucuzlaşanda benzin də ucuzlaşmışdı və buna görə bir müddət əvvəl "Aİ-95" markalı benzin 10 qəpik ucuzlaşmışdı.

"İndi isə neftin qiymətində artım var," - deyə İbrahim Əhmədov əlavə edib ki, bu markalı benzin Azərbaycana Rumınyadan gətirilib.


Azərbaycanda Aİ-95 yenidən bahalaşdı
  • Yazılıb
  • da (də) 2020 Jul 02
  • Göndərən جهان کمالی