Tarix : 2020 Jul 02
Kod 59927

Sionistlər Azərbaycanla münasibətləri genişləndirmək üçün zəminə yaradırlar

Koronavirusun dünyada, o cümlədən Qafqazda yayılması sionist rejiminin bu regionda hüzuru üçün zəminə yaratmağa bəhanəyə çevrilib.
AranNews – Bakının müxtəlif zaman kəsimlərində sionist rejimilə isti münasibətləri ekspertlər tərəfindən araşdırılıb. Bakı-Təl-Əviv münasibətləri aspektlərinin araşdırılmasında nəzərdə tutulan mövzulardan biri də bu məsələnin Tehran-Bakı münasibətlərinə təsiridir. Bir çox təhlilçilər belə düşünür ki, əgər Bakı bu günə qədər aşkar münasibətlər, o cümlədən İlham Əliyevin işğal edilmiş ərazilərə səfər etməsi və bu ərazilərdə səfirlik açması kimi əlaqələrin qurulmasını gecikdiribsə, bunun səbəbi Tehranı nəzərə almasıdır. Azərbaycan Respublikası KİV-lərinin bildirdiyinə əsasən, son vaxtlar sionist rejiminin prezidenti Reuven Rivlin İlham Əliyevə məktub göndərərək koronavirusla mübarizədə bu rejimin Azərbaycan Respublikası ilə əməkdaşlığını iddia etməklə yanaşı, onu işğal edilmiş Fələstin ərazilərinə səfər etməyə və sionist rejimi başçıları ilə görüşməyə dəvət etmişdir.
Sionist rejimi prezidentinin bu iddiaları ilə eyni zamanda Bakının Təl-Əvivlə münasibətlərinin ciddi tərəfdarlarından bəziləri də bu ölkədə koronavirus mövzusunu şişirtməyə və israilli mütəxəssislərin Bakıya dəvət olunmasına zərurət yarandığını göstərməyə səy etdilər.
Azərbaycan Respublikası parlamentinin daim anti-İran mövqei və sionist rejimi tərəfdarlığı sərgiləməkdə məşhur olan deputatı Fazil Mustafa bu dəfə də “Azpolitika” saytına verdiyi müsahibəsində ölkədə korona ilə bağlı vəziyyəti böhranlı adlandıraraq deyib ki, digər ölkələrdən kömək istəməkdən imtina etməməliyik. Əks təqdirdə Braziliyanın gününə düşəcəyik. Deputat həmçinin deyib ki, dövlət israilli və avropalı mütəxəssiləri dəvət etməkdən utanmamalıdır.
Azərbaycanlı xəstələrə İranda həmişə ən yaxşı tibbi xidmət göstərildiyi bir halda Fazil Mustafanın bu baxışı onun kin-küdurətinin dərinliyini göstərir.
Ötən günlərdə Azərbaycan Respublikasında karantin günlərinin uzadılması ilə bağlı xəbərlər yayıldı və səhiyyə nazirinin müavini doktor Hərirçi də Azərbaycan Respublikasına bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə gördüyü tədbirlərə görə, minnətdarlıq edərək dedi: “Ümidvarıq ki, bu tədbirlər koronavirusun yayılmasının qarşısının alınmasında təsirli olacaq. İran Səhiyyə Nazirliyi lazım olan surətdə Azərbaycan xalqına və öz bacı-qardaşlarına hər hansı köməyi yerinə yetirməyə hazırdır. Biz bu sahədə uğurlu təcrübələrə sahibik və bu təcrübələri Azərbaycan Respublikasında və digər ölkələrdə dostlarımızın ixtiyarında qoymağa tam hazırıq. Hətta, bizdən istənilərsə, mütəxəssis həkim qrupu göndərə bilərik. Habelə, test və xəstəxana avadanlıqları göndərməyə tamamilə hazırıq. Biz bir çox sahələrdə özünütəmin həddinə çatmışıq və ixrac imkanlarımız vardır.”
Koronavirusun dünyada, o cümlədən Qafqazda yayılması sionist rejiminin bu regionda hüzuruna zəminə yaratmaq üçün bəhanəyə çevrilib. Koronavirusun üzə çıxdığı ilk vaxtlarda Azərbaycan Respublikası tibb sahəsi üzrə səlahiyyətlilərindən biri demişdi ki, Bakı korona xəstəliyi ilə əlaqədar sionist rejimindən mütəxəssislər dəvət edəcək. Erməni KİV-ləri də sionist rejimi tibb mütəxəssislərinin Ermənistan prezidenti Armen Sarkisyan və bu ölkənin tibb mütəxəssisləri ilə koronavirusla bağlı videokonfrans şəklində məsləhətləşmə keçirdiklərini xəbər verib.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 02
  • Göndərən جهان کمالی