Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Sergey Surovikin S-500 Prometey raketdən müdafiə sistemlərinin kosmosdakı hipersonik silahları məhv edə biləcəyini deyib.
Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Krasnaya Zvezdaya açıqlama verən Surovikin, S-500 sisteminin texniki xüsusiyyətlərini ilk nəsil kosmik müdafiə sistemləri arasında görməyə imkan verdiyini bildirib.
“S-500 spesifikasiyaları sayəsində aerodinamika, ballistik hədəflər və yaxınlıqdakı məkanlar da daxil olmaqla istənilən hipersonik silahı məhv edə biləcək”, - deyə Surovikin bildirib.
Surovikin eyni zamanda S-500 sisteminin hazırda dünyada analoqunun olmadığını vurğulayıb.
S-500 raketdən müdafiə sistemi 400-600 kilometr məsafədə hədəfi vurmaq gücü var. Layihənin baş mühəndisi Pavel Sozinov əvvəllər verdiyi açıqlamasında, sistemlərin dünyadan 100 kilometr uzaqlıqdakı hədəflərə müdaxilə edə biləcəyini söyləmişdi.
Sistemlər 2019-cu ildə Rusiya hava hücumundan müdafiə qoşunları tərəfindən sınaqdan keçirilib və ilk S-500 sisteminin 2021-ci ildə Rusiya ordusuna veriləcəyi gözlənilir.