Sosial şəbəkələrdə İtaliyada şərəfsizlərin bayrağının yerə atılması və gedən-gələnlər tərəfindən tapdanması fraqmentləriylə ermənilərin Lazım-Şuşa-Xankəndi yolunu növbəti dəfə asfaltlaması xəbərləri paralel olaraq paylaşılıb. Sual oluna bilər ki, bu iki hadisənin bir-biriylə nə əlaqəsi? Ola bilər bir-biriylə əlaqəsi olmasın, amma Azərbaycan ilə hər ikisinin əlaqəsi vardır.
Arannews-Nur-az:istinadla xəbər verir ki,Azərbaycanda iqtidar tərəfindən pozğunluğa, şərəfsizliyə açıq-aydın yaşıl işıq yandırılıb, telekanalizasiya olan efir məkanı demək olar ki, əxlaqsız, şərəfsiz şou-biznesin əlindədir, hicab qadağası hələ də gündəmdədir. Xalqın gözünü tikdiyi müxalifət – Milli Şura da digər tərəfdən pozğunların işinə bəraət qazandırıb, “hüquqlarını” müdafiə etmyə qalxıb. Ona görə də Azərbaycanın işğal altında olan ərazilərində bir gün erməni baş naziri konyak vurub yallı gedir, başqa bir gün isə Laçın-Şuşa-Xankəndi yolunu asfaltlayır.
Bəli, bizim xalqın bədbəxtliyi budur ki, nə iqtidarı Qarabağı almaqda maraqlı deyil, nə də müxalifəti şəhadəttələb, haqpərvər deyil. Belə bir xalqın təbii ki, ərazilərində nəinki erməni asfalt tikər, hətta gətirib həmin asfaltda at da oynadar.
Deyək ki, iqtidarı anladıq ki, xalqın mənəviyyatını, abırını aparmaq və belə olan halda da öz dayaqlarını möhkəmlətmək, xalqı istədiyi kimi idarə edib sərvətini talamağa çoxdan and içib və andına sadiq qalmağa çalışır. Milli Şura adlanan bir qurumun da hakimiyyətə gəlmək, yaxud qonarar almaq üçün ABŞ-ın çaldığı hava ilə oynaması da məlumdur. Bəs xalqa nə gəlib ki, belə bir vəziyyətdə özü meydana çıxıb öz itirilmiş mənəviyyatını bərpa edə bilmir. Məsələn, gördüyümüz kimi camaat İtaliyada şərəfsizlərin bayrağını ayaqlar altına atıb tapdalayırlar. Bəzi, bizim qeyrətli xalqımız da bu cür şərəfsizlərin nəinki bayrağını hətta özlərini ayaqlar altına atıb tapdamağa qeyrəti və qüdrəti çatan xalqdır. Amma təəssüflər olsun ki, xalqı dərin yuxuya veriblər, buna görə də xalq hələ ki, bu alçaqlara güzəştə gedir. Amma xalqın ağ günə çıxması üçün nə mədəniyyətsiz iqtdar, nə də mənəviyyatdan uzaq müxalifətçilər lazım deyil. Xalq özü ayaqlanmalı və rəzilliyi ölkədə yayan bütün alçaq xislətli insanlara öz gücünü göstərməlidir. Belə olmadığı təqdirdə isə kasıblar alçaq, bişərəf Bayramların əlinə, yazıq uşaqlar da onun oynayanda burcutduğu bədəninə baxıb “matışka” kimi böyüyəcək. Halbuki bizlər uşaqlarımızı mərd, kişi böyütməyə çalışırıq. Biz istəyirik ki, qız uşaqlarımız da kişi kimi mərd böyüsün, xainlərsə istəyir ki, gələcəyin kişisi olan oğlan uşaqlarımız qızbibi kimi böyüsün. Allah o gündən qorusun.