Tarix : 2020 Jul 06
Kod 59939

İmam Xomeyni: Müsəlmanların hər biri İsrailin üzərinə bir vedrə su töksəydi, onu sel aparardı

Uşaq qatili olan sionist rejimin puç mövcudluğu İran İslam Respublikası məsələlərinə müdaxilə edəcək, yaxud fikir bildirəcək həddə deyildir. Əsasən, sionist rejimə birbaşa və dolayısı ilə bağlı olan bir sıra mediaların ajiotaj yaratması bu xərçəng şişinə qarşı bir sıra əks nəticələr gətirəcək.
AranNews – 2 iyunda Şəhid Əhmədi Rövşən nüvə kompleksində (Nətənz) hadisə baş verdi və obyektin yaxınlığındakı tikilməkdə olan binanın açıq hissəsinə xəsarət dəydi. Hadisənin səbəbindən qıraqda, bu məsələ bir daha beynəlxalq diqqəti İranın nüvə təsisatlarının qorunması üçün beynəlxalq vəzifəyə cəlb etdi.
İran rəsmilərinin açıqlamasına və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təsdiqinə əsasən, cümə axşamı baş verən hadisədə radioaktiv maddələrin yanğın nəticəsində ətrafa yayılması baş verməyib. Lakin nüvə obyektində hər hansı gözlənilməz hadisənin baş verməsi dərhal dünyada radioaktiv maddələrin yayıla biləcəyi barədə narahatlıq yaradır.
Qərb, ibri və ərəb media kanalları baş vermiş hadisəni sionist rejiminin kiber gücünə bağlamağa və onu sionist rejimi rəsmilərinin İran nüvə proqramını dayandırmaq barədə bütün variantlardan istifadə edəcəkləri barədə verdiyi vədlərin həyata keçməsi kimi qələmə verməyə təlaş etdilər. Sionist rejiminin rəsmiləri bu hadisə barədə siyasi sükut yanaşması seçərək, aktiv mövqe sərgiləməkdən çəkinsələr də, birbaşa, yaxud dolayısı ilə bu rejimə bağlı olan KİV-lərin media ajiotajı yaratması sionst rejiminə qarşı əks nəticələr yönəldəcək.
Xatırladaq ki, sionist rejimi İran İslam Respublikası məsələlərinə müdaxilə edəcək, yaxud fikir bildirəcək həddə deyildir. Necə ki, İslam İnqilabının Böyük Banisinin 1979-cu ildə dedi: “Əgər müsəlmanların hər biri İsrailin üzərinə bir vedrə su töksəydi, onu sel aparardı.”

 
  • Yazılıb
  • da (də) 2020 Jul 06
  • Göndərən جهان کمالی