Tarix : 2020 Jul 06
Kod 59943

Qərb alimindən şok: Korona "yatmışdı" və anidən...

COVİD-19 virusu Uhanda ötən qış peyda olmamışdan xeyli əvvəl “yatmış” vəziyyətdə idi və təbii amillər nəticəsində ortaya çıxdı

Arannews- xəbər verir ki, bu nəticəni Oksford Tibbi Faktlar Mərkəzinin böyük elmi işçisi Tom Cefferson elan edib.

Alim əminliklə bildirir ki, virus bir neçə il ərzində müxtəlif ölkələrdə mövcud olub.

O qeyd edib ki, hələ 2019-cu ilin martında, Uhanda ortaya çıxmazdan 9 ay əvvəl Barselonanın çirkab sularında COVİD-19-a rast gəlinib.

Cefferson bənzər nəticələrin Turin və Milanda da əldə edildiyini əlavə edib:

“Düşünürəm ki, virus artıq buralarda olub. Burda olduğu kimi, demək ki, hər yerdə olub. Tamamilə mümkündür ki, biz yatmış virusla əhatə olunmuşuq və o, müdaxilə nəticəsində aktivləşib”

  • Yazılıb
  • da (də) 2020 Jul 06
  • Göndərən جهان کمالی