69 il bundan əvvəl belə bir günlərdə doktor Məhəmməd Müsəddiq hökuməti İsrail rejimi ilə siyasi və diplomatik münasibətləri kəsdi.
AranNews – Birinci Dünya Müharibəsinin başa çatması ilə dünyada mühüm dəyişikliklər baş verdi. Onlardan ən mühümlərindən biri də Osmanlı İmperiyasının parçalanması və onun yerində Türkiyə, Suriya, Livan, Fələstin, İraq, İordaniya, Səudiyyə Ərəbistanı kimi kiçik ölkələrin yaranması idi. Birinci Dünya Müharibəsindən sonra təşkil edilmiş Millətlər İttifaqı bu kiçik müsəlman ölkələrə qəyyumluğu müharibə fatehlərinə tapşırdı. O cümlədən Fələstinə qəyyumluğu Britaniyaya verdi. 1948-ci ildə BMT-nin Baş Məclisində Fələstinin bölünməsi planı təsdiq edildikdə və İsrailin təşkili elan edildikdə İran dövləti İsrailin BMT-də üzv olmasının əleyhinə səs verdi və bəyanat yayaraq yəhudi dövlətinin yaranmasını pislədi, Fələstinin azad olunması istiqamətində digər İslam ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
4 fevral 1949-cu ildə Məhəmmədrza şah Pəhləviyə qarşı uğursuz terror hadisəsi İranda hərbi hökumətin yaranmasına, Tudə Partiyasının qeyri-qanuni elan edilməsinə, bütün mətbuatın (Keyhan və İttilaat qəzetlərindən başqa) dayandırılmasına, Ayətullah Kaşaninin sürgün edilməsinə səbəb oldu. Qarşıya çıxan bu məsələlər ölkənin siyasi atmosferində İsrailin təsis edilməsinə etirazın davam etməsinə mane oldu və yeni yaranmış İsrailin ərəblərin hücumları qarşısında hərbi uğuru bu məsələyə kömək etmiş oldu.
Həmin illərdə İraq yəhudilərinin İrana qeyri-qanuni köçü başladı və bu, İran yəhudilərinin sayının iki dəfə artmasına səbəb oldu. Onların sayının artması müsəlmanların iranlı və iraqlı yəhudilərə qarşı hislərini təhrik etdi. İran dövləti qarşıya çıxmış konflikti bitirmək üçün İran vətəndaşlığı olmayan yəhudilərin İrana girməsini qadağan etdi.
İran şahının 15 noyabr 1949-cu ildə ABŞ-a ilk səfərində şah və onu müşayət edən heyət 5 milyonluq Amerika yəhudilərinin bu ölkənin iqtisadiyyat və siyasəti üzərində fövqəladə nüfuza malik olduqlarını bildi. Bundan sonra 6 mart 1950-ci ildə İran dövləti İsraili rəsmi olaraq tanıdı və bu mövzu rəsmi olaraq İranın BMT-dəki təmsilçisi tərəfindən elan edildi. Bunun ardınca Milli Şura Məclisi təmsilçilərindən bir qrupu bu addıma qarşı çıxdı, İran neft sənayesinin milliləşməsi və doktor Məhəmməd Müsəddiq kabinetinin yaranması ilə İran-İsrail münasibətləri yenidən ortaya gəldi, Müsəddiq hökumətinin xarici işlər naziri 6 iyul 1951-ci ildə Məclisə gəldi və dövlətin Beytül-Müqəddəsdəki konsulluğunun fəaliyyətini dayandırdığını Məclis nümayəndələrinə çatdırdı.
20 avqust 1951-ci ildə baş verən çevriliş və doktor Müsəddiqin qanuni hökumətinin süqutu ilə dövlət siyasətləri bir sıra mövzularda 180 dərəcə dəyişdi, o cümlədən İsrail ilə münasibətlərin dayandırılması unuduldu.
Amerikanın İranda çevriliş həyata keçirməsindən sonra İsrail ilə münasibətlər davam etdi. 1978-ci ildə İran İslam İnqilabının qələbəsindən sonra İran və Qüdsü işğal etmiş rejim arasında münasibətlərin tamamilə dayandığı elan edildi.