Tarix : 2020 Jul 07
Kod 59946

Rəsmi Ankara: “Kürün suyu bizimdir və onu istədiyimiz yerə axıda bilərik”

Mənbəyini Türkiyə Ərdaxan vilayətinin Göle rayonundan götürən, Hanak və Çıldır rayonlarından sonra və Azərbaycan ərazilərindən keçərək Xəzər dənizinə tökülən Kür çayının istiqaməti Qaradənizə çevriləcək.
Arannews-Siyasalbirikim.com” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ətraf mühit və meşə (Çevre ve orman) naziri Veysəl Əroğlu verib. Nazir açıqlamasında, “Kürün suyu bizimdir və onu istədiyimiz yerə axıda bilərik” – deyib.
Nazir Əroğlu Kürün Qaradənizə tökülən Çoruh çayına axıdılacağını, nəticədə əkin sahələrini suvaracaqlarını, elektrik enerjisi hasil edilərək satacaqlarını və sellərin qarşısını alacaqlarını bildirib.
Nazirin fikirlərinin doğru olmadığını bildirən ərdaxanlı hüquqşünas Müzəyyən Çiftçi Yolaçan bu suya həm əkin sahələri olan Ərdaxanın həm də çayın keçdiyi iki ölkə ilə Xəzər dənizinin ehtiyacı olduğunu deyib. “Bu qərar yerli ehtiyaclar baxımından lazımlı görünsə də beynəlxalq hüquqa görə etibarsızdır. Çünki bu su bölgəyə aiddir. Ətraf mühitdə olan dəyişikliklərdə suyun böyük rolu olduğu da unudulmamalıdır. Bu qərara ərdaxanlılar da ekoloqlar da etiraz etməlidir”.
  • Yazılıb
  • da (də) 2020 Jul 07
  • Göndərən جهان کمالی