İran İslam Respublikasının da dünyanın digər ölkələri kimi bayrağı vardır və dünyanın hər yerində İranın simvolu kimi dalğalanır.
AranNews – Ölkələri bir-birindən fərqləndirən xüsusiyyətlərdən biri də onların rəsmi bayrağıdır. Hər ölkə öz bayrağına xüsusi rəng və rəmz vermiş, onu xüsusi üslubla bəzəmişdir. Beynəlxalq təşkilatlarda bayraqların rəngarəngliyini çox aydıncasına görmək və onların fərqlərini başa düşmək olar. Hər bir ölkənin çoxlu eniş-yoxuşu olmuşdur və bayrağını da dəfələrlə dəyişməsi, ona yeni özəllik verməsi mümkündür.
Bizim ölkəmizin də dünyanın digər ölkələri kimi bayrağı vardır və İranın təzahürü olaraq dünyanın hər yerində dalğalanır. Bu bayraq tarix boyu çoxlu dəyişiklikləri təcrübə etmişdir və onun indiki forması İran İslam İnqilabının qələbəsini dəyərlərini göstərir. İranda İslam hökumətinin formalaşması və təsbitindən bir il ötdükdən sonra yeni bayrağın xüsusiyyətləri açıqlandı. Yeni dizayn 15 tir 1359-cu günəş ilində (m. 6 iyul 1980) təsdiq olundu və 9 mordadda (31 iyul) rəsmi şəkildə elan edildi.
Bu münasibətlə dünyanın hər yerində dalğalanaraq bizi qürurlandıran İran İslam Respublikasının üç rəngli bayrağı haqqında söz açırıq.
İran İslam Respublikası bayrağının formalaşması prosesi
Bugün ölkəmizin bayrağı kimi tanıdığımız bayraq bir çox rəng və variantlar dəyişərək bura çatmışdır. Lakin yaşıl, ağ və qırmızı olmaqla üç rəng daşıması Nasirəddin şahın dövründən onun üçün seçilmişdir və o vaxtdan yalnız onun ortasındakı rəmz dəyişmişdir. Pəhləvi dövründə bu bayraqda şir və günəş təsvir olunmuşdu. İslam İnqilabından sonra da həmin təsvir qalmışdı. İmam Xomeyni 1 mart 1979-cu ildə Qum əhalisi ilə görüşündə onu şahlıq rəmzi adlandırdı, onun bütün nazirlik və idarələrdən götürülməsini, əvəzinə isə islami rəmzdən istifadə olunmasını istədi.
Bayrağın rəmzləri
İran İslam Respublikası bayrağında görünən rəmzlərinin hər biri xüsusi məna daşıyır:
Müqəddəs “La ilahə illəllah” cümləsi
Bayrağın ortasında “La ilahə illəllah” cümləsi qırmızı rənglə verilmişdir. Bu cümlə “Allah” sözü formasında görünür. Varlığın başlanğıcı və sonu Allah ilədir. İslam hökumətinin başlanğıc və son məqsədi də “Qayıdış Allaha tərəfdir” ayəsinə uyğun olaraq Allah nəzərdə tutulmuşdur. İslam hökumətinin ideyaları bu müqəddəs cümlənin sayəsində məna tapır. Bu məfhumla yanaşı yer kürəsinə oxşayan aypara xətləri də təsvir olunur ki, bu hərəkətin cahanşümul olduğuna işarədir. Bayrağın dizayneri özü belə inanır ki, ayparalar mübarək bir təsvirdən ilham almışdır və o da budur ki, həzrət Muhəmməd (s) dəfələrlə qılınc ilə qum üzərində imza olaraq təsvir çəkmişdir. Bu dizaynın 5 bölməsi, dinin 5 prinsipini xatırladır:
Tövhid prinsipi sütun olaraq iki əsas gövdəyə sahibdir. Onun əsas tərkibində görünən “Allah” kəlməsindən əlavə, “La ilahə illəllah” da onda gizlənmişdir. Bu loqotipin simmetriyası da balans və tarazlığı göstərir.
Bu cümlə lalə gülü formasında dizayn edilib, sanki “La ilahə illəllah” laləsi “Allahu Əkbər” tarlasında bitib. Bu da İslam şəhidləri mesajıdır və qırmızı rəng şəhidlərin qanından söz açır.
“Allahu Əkbər” şüarı
İran İslam İnqilabının ilin 11-ci ayının 22-də qələbəsi əlaməti olaraq bayrağın üzərində 11 dəfə “Allahu Əkbər” cümləsi yazılmışdır. Bu cümlə zolaq kimi onun yaşıl rəngin sərhədində ağ rənglə yazılmışdır və 11 dəfə qırmızı və ağ sərhədlərdə təkrar edilmişdir. Ümumilikdə, bayraq üzərində 22 “Allahu Əkbər” görünür. Bu cümləni yazmaqda “bənnalıq xətti”ndən, yəni məscidlərin minarələri üzərinə yazılan xətdən istifadə olunmuşdur. Yuxarıdakı “Allahu Əkbər”lərin araları yaşıl rənglə və aşağıdakı “Allahu Əkbər”lərin araları qırmızı rənglə doldurulmuşdur. Beləliklə, yuxarı zolaq yaşıl və aşağı zolaq qırmızı rəngdə görünür.
Digər önəmli məsələ isə budur ki, “Allahu Əkbər” cümləsinin ağ rəngə yaxın olmamasıdır. “Əlif” hərfi yuxarı hissədə yaşıl rənglə və aşağı hissədə qırmızı rənglə təsvirə çəkilmişdir. Belə ki, “Əlif” hərfindən 1 sm-i ağ hissəyə daxil olmuşdur ki, bu şüarın döyməsini təsvir etsin. Bu döymədə səy edilib ki, “Allahu Əkbər” məfhumunun İran xalqı əlində bir silah kimi əməl etməsi və onları qələbəyə çatdırması anladılsın.