Tarix : 2020 Jul 08
Kod 59951

Londonda Səudiyyə Ərəbistanı əleyhinə aksiya keçirildi

Artıq bütün dünyada insanlar Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi insan faciəsinin acısını hiss etməyə başlayıb

Arannews-Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən Səudiyyə Ərəbistanı səfirliyi qarşısında aksiya keçirilib.

Aksiya zamanı Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin Yəməndəki cimayətlərinə etiraz olunub.

Nümayişçilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əleyhinə şüarlar da səsləndiriblər.

Bundan əlavə Səudiyyə Ərəbistanına silah satılmasının beynəlxalq qanunlara zidd olduğunu da vurğulayıblar.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hələ 2015-ci ilin aprelində Yəmənin Ədən şəhərindəki Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Robert Ghosen deyib ki, ölkədəki münaqişə buranı "xarabalıq şəhərə"  çevirib.  O, ancaq bir döyüşdə  təxminən 550 insanın həlak olduğu bildirmişdi.

ABŞ-ın Səudiyə rejiminə satdığı silahlar əliyalın yəmənlilərin həyatını darmadağın edir. Hər gün Yəməndə onlarla insan ya aclıqdan, ya da Səudiyyənin atdığı bombalardan həyatını itirir. 

  • Yazılıb
  • da (də) 2020 Jul 08
  • Göndərən جهان کمالی