Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) – Azərbaycanın müxalif partiyaları alyansı cənab Arlem Dezirin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi qismində mandatını tamamilə dəstəkləyir.
“Arannews-Biz Azərbaycan hökumətini sağlam düşüncə nümayiş etdirməyə və cənab Dezirin mandatının uzadılması ilə bağlı konsensusu bloklamaq cəhdlərinə son qoymağa çağırırıq.
KİV azadlığı üzrə Nümayəndənin işi ölkəmiz üçün həlledici əhəmiyyət kəsb edir, belə ki, mətbuata təhdidlər hər zaman olduğundan daha ciddidir.
Cənab Dezirin Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığına və plüralizminə yardım fəaliyyətini, jurnalistlər üçün təhlükəsiz şəraitin təmin edilməsi səylərini yüksək qiymətləndiririk”, deyə Milli Şuranın sədri Cəmil Həsənli bildirib.