Tarix : 2020 Jul 09
Kod 59954

Gürcüstan istənilən biznesmenin ölkəyə girişinə icazə verdi

Hökumət hesab edir ki, bu, hazırda düşüş yaşayan mehmanxana sahəsinə kömək edəcək

İslamazeri.com: Arannews-istinadən xəbər verir ki, Gürcüstandakı iqtisadi fəaliyyətə yardım məqsədi ilə bütün ölkələrdən olan işgüzar səfərlər maneəsiz və sərbəst şəkildə həyata keçiriləcək.

Məsələ ilə bağlı danışan hökumətin vitse-spikeri İrakli Çikovani bildirib ki, ölkəsi tədricən öz sərhədlərini beynəlxalq səyahətçilər üçün açır və artıq məlumdur ki, ilk olaraq ölkəyə biznesmenlər buraxılacaq.

Xarici biznesmenlər Gürcüstana gəldikdə ya 2-həftəlik karantindən, ya da hər 72 saatdan bir COVID-19 testindən keçməlidir. Həm karantin, həm də test ödənişlidir.

Hökumət hesab edir ki, bu, hazırda düşüş yaşayan mehmanxana sahəsinə kömək edəcək.

Gürcüstanla heç bir şərt olmadan sərhədlərini açan Almaniya, Fransa, Estoniya, Latviya və Litva vətəndaşları üçün ödənişli karantin və ödənişli test şamil edilmir.

Gürcüstana gəlmək istəyən bu Aİ ölkələri vətəndaşları və işgüzar səfər etmək istəyən hər bir kəs öncədən hökumət saytındakı (stopcov.ge) elektron anketləri doldurmalıdırlar.


Gürcüstan istənilən biznesmenin ölkəyə girişinə icazə verdi
  • Yazılıb
  • da (də) 2020 Jul 09
  • Göndərən جهان کمالی