Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
  Arannews-bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  9 nəfər vəfat edib.
 Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 .Azərbaycanda bu günə olan koronavirus statistikası: 542 yoluxma, 465 sağalma