Tarix : 2020 Jul 10
Kod 59957

Gürcüstan hava yolunun açılacağı ölkələrin siyahısını artıra bilər

Zalkaliani sonda qeyd edib ki, müəyyən dövrdən sonra sözügedən siyahının genişlənəcəyi istisna edilmir.

Arannews- shafaqna-ya istinadən xəbər verir ki, Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib ki, ölkəsinin uçuşlar həyata keçirəcəyi ölkələrin siyahısının genişləndirilməsi istisna edilmir.

“5 ölkə ilə uçuşların bərpası qərarı Avropa İttifaqının (Aİ) 30 iyunda qəbul etdiyi qərara əsaslanır”, - deyə o qeyd edib.

Aİ-nin məlum qərarının Gürcütan və Aİ vətəndaşlarının təhlükəsiz yerdəyişməsini müəyyən edən kriteriya və faktlara söykəndiyini deyən Zalkaliani əlavə edib ki, “buna əsaslanaraq, biz ardıcıl surətdə və mərhələli şəkildə hava nəqliyyatını bərpa edəcəyik və artıq bu haqda digər ölkələrlə danışıqlar aparırıq”.

“Bəzi ölkələr müəyyən şərtlərlə, bəziləri də şərt olmadan açılış haqqında qərar qəbul edib. Bu siyahı hələ qəti deyil. Aİ öz üzv-ölkələrinə mövcud siyahını 2 həftədə bir dəfə gözdən keçirmək və epidemioloji vəziyyətə əsasən, müvafiq qərar qəbul etmək imkanı verir”, - deyə o qeyd edib.

Gürcüstanın da addımlarının əsaslı olacağını bildirən gürcü nazir deyib ki, “biz də öz mütəxəssislərimizlə sıx koordinasiya və məsləhətlərlə, həmçinin faktlara və Aİ ölkələrində vəziyyətə əsaslanaraq, müvafiq qərarlar qəbul edəcəyik”.

Zalkaliani sonda qeyd edib ki, müəyyən dövrdən sonra sözügedən siyahının genişlənəcəyi istisna edilmir.


Gürcüstan hava yolunun açılacağı ölkələrin siyahısını artıra bilər
  • Yazılıb
  • da (də) 2020 Jul 10
  • Göndərən جهان کمالی