Yaxın günlərdə İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Badaxşan Zuhuri Ermənistandakı ictimai televiziya efirində çıxış edib.
Arannews-Axar.az-a istinadət verdiyi xəbərə görə,Çıxışı zamanı o, Dağlıq Qarabağ ətrafındakı Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. İranın Ermənistandakı səfiri həmkarlarına açıqlamasında Tehranın, Qarabağın kimə aid olması məsələsinə dair münasibətinin dəyişmədiyini bildirib.
"Deyerler.org"un Axar.az-a istinadət verdiyi xəbərə görə, Ermənistanın "Region Monitor" nəşri yazır: “Səfirin qeyd etdiyi kimi, İranın Qarabağ məsələsində rəsmi mövqeyi dəyişməyib və başqa yerlərdə səslənən fikirlər Tehranın rəsmi nöqteyi-nəzəri deyil”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bundan əvvəl Qarabağdakı İran yük maşınlarının video çarxı ilə əlaqədar artıq Azərbaycana və Azərbaycan xalqına müraciət etmiş, yaxın gələcəkdə Qarabağın azad edilməsini təntənəli şəkildə qeyd etmək istəyini bildirmiş və separatçı rejimlə təmasa dair ittihamları qəti şəkildə rədd etmişdi.
Bundan öncə isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhəmməd Hüseyn Baqiri bəyan etmişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır və bu mövzuda hər zaman Azərbaycanın yanındadır.