Ayətullah əl-üzma Cəfər Sübhaninin rəhbərlik etdiyi İmam Sadiq (ə) İnstitutu “Qurani-kərimdə tövhid və şirk” kitabını azərbaycan dilinə tərcümə və çap etmişdir.
AranNews – Kitabın müqəddiməsində deyilir: “Qarşınızdakı kitab Qurani-kərimdə tövhid və şirk haqqında qısa mövzulardan ibarətdir və onu inkişaf etməkdə olan nəsilə, İslam ümmətinin övladlarına təqdim edirik. Ümid edirik ki, bununla müsəlmanların varlıq və vəhdətinin qorunması, onların şirk caynağından qurtuluşu, tövhid möhkəm qalası səmtinə hidayəti istiqamətində bir addım atmış olaq.
Bildiyiniz kimi bütün ilahi peyğəmbərlərin ən ali hədəfi şirklə mübarizə və şirkə aludə olmuş bazaların məhv edilməsidir. Necə ki, Qurani-kərim buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik.” (“Nəhl” surəsi, ayə 36)
Tövhid və şikr bizim əsrimizin ən mühüm məsələlərindən sayılır. Xüsusilə də müsəlmanların vəhdəti və sıralarını parçalamaq üçün bəhanəyə çevrilib. Ona görə də hər bir müsəlman üçün tövhid kəlməsinin qorunması və din qardaşları ilə öz münasibətlərini möhkəmləndirmək vacibdir.”
Kitabda daha çox “ibadətdə tövhid” barədə söz açılır. Amma bütün müsəlmanların qəbul etdiyi ümumi prinsip barədə deyil, yerinə yetirilməsi bu ümumi prinsiplə uyğun olmadığı düşünülən mövzular barədədir. Alimlərin sözü ilə desək, qiyasın kübrası (iyyakə nəbud) barədə deyil, Allaha ibadətin nümunəsi olduğu düşünülən mövzular barədə söz açılmışdır.
Kitabın müəllifi Ayətullah əl-üzma Cəfər Sübhanidir. Kitabın əsil nüsxəsi ərəbcə yazılmışdır və adı “Ət-Təvhidu vəş-şirku fil-Quranil-kərim”dir. Əsər Mehdi Əzizanın vasitəsilə fars dilinə tərcümə edilmişdir.
Azərbaycan dilinə çevrilmiş “Qurani-kərimdə tövhid və şirk” kitabı 150 səhifədən ibarətdir.
Habelə, Ayətullah Cəfər Sübhaninin “Tozihul-məsail” və “Üsuli-əqaid” kitabları onun şagirdlərinin biri vasitəsilə azərbaycan dilinə tərcümə olunaraq PDF formatında nəşr edilmişdir.