Türkiyənin illərdir ki, Azərbaycan Respublikası xalqı ilə qardaşlıq iddiası etməsinə və “bir millət iki dövlət” kimi demaqogik şüarlar verməsinə baxmayaraq, Azərbaycan xalqının üzünə suyu bağlayıb ki, elektrik enerjisi istehsal edərək öz iqtisadi maraqlarına çatsın.
AranNews-in “Anac”-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının cənub məntəqələrində su qıtlığı problemi ötən günlərdə dəfələrlə bu ölkənin KİV-ləri vasitəsilə gündəmə gəlib.
Tovuz rayonunun bir sıra kəndlərində aksiya və Lənkəranda əhalinin bu şəhərin icra hakimiyyətinə sərt etirazı də su qıtlığına görə baş vermişdir. Lakin bu su qıtlığının və əhalinin etirazlarının xüsusilə də Saatlı, Sabirabad və İmişli rayonlarında səbəbi nə idi?
Azərbaycan Respublikası əhalisinin Kür kimi tanıdığı Kura çayı və Araz çayı bu ölkənin iki əsas çaylarıdır. Başlanğıcını Türkiyənin Ərdəhan əyalətindən götürən Kura çayı Qafqaz dağlarından keçərək Azərbaycan Respublikasının cənub və orta düzənliklərini suvarır. Kura çayı Araz çayı ilə müqayisədə daha bol suya malikdir. Bu çay Araza birləşdikdən sonra yenə Kür adlanır, Azərbaycan əhalisinin iqtisadi, kənd təsərrüfatı sahələrində, habelə həyat modelinin formalaşmasında mühüm rol oynayır.
Ötən günlərdə Türkiyə heyrətamiz bir addımla Kürün Azərbaycan səmtinə axını hissəsində suyun həcmini azaltdı. Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu isə Kürün Qara dənizə tökülən Çoruh çayına axıdılacağını, nəticədə əkin sahələrini suvaracaqlarını, elektrik enerjisi hasil edərək satacaqlarını və sellərin qarşısını alacaqlarını bildirdi.
Türkiyənin Kura çayında üzərində apardığı işlərə görə, bu çayda suyun axını o qədər azalıb ki, son vaxtlar Azərbaycan rəsmiləri xəbərdarlıq ediblər ki, bu çayda suyun azalması üzündən Kürün Xəzər dənizinə tökülməsi əvəzinə Xəzərin şor suyu Kürə axır və bu ölkədə təhlükəli süni şoranlıqlar yaradır.
Türkiyənin Azərbaycan Respublikası əhalisinin su haqqını qəsb etməkdə heç nə ilə əsaslandırıla bilməyən hərəkəti ilə eyni zamanda bu ölkə mediaları digər bir xəbər də yaydılar. Lakin Bakının İrana qarşı qərəzli siyasətləri üzündən bu xəbər elə də diqqəti cəlb etmədi.
Xəbər bu idi ki, Saatlı, Sabirabad və İmişlinin su təminatı Kür və Araz çayları üzərində yerləşən nasos stansiyaları vasitəsilə həyata keçirilir. Yaranmış çətinliklər nəzərə alınaraq, İran İslam Respublikasının əməkdaşlıq və razılığı ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılıb.
Bu arada media əməkdaşları və səlahiyyətli orqanların əhəmiyyət vermədiyi iki mühüm məsələ diqqəti çəkir:
Birincisi odur ki, Türkiyənin Azərbaycan xalqının üzünə suyu bağlaması elə bir şəraitdə baş tutur ki, bu ölkə illərdir Azərbaycan Respublikası xalqı ilə qardaşlıq iddiası etmək və “bir millət iki dövlət” kimi demaqogik şüarlar vermək kimi planlarla İran əleyhinə informasiya müharibəsini idarə edir, amma elektrik enerjisi istehsal edərək öz iqtisadi maraqlarına çatmaq üçün suyu bu ölkənin əhalisinin üzünə bağlayır.
İkinci məsələ budur ki, Türkiyənin qeyri-insani hərəkəti qarşısında millətçi mediaların passiv hərəkəti və sükutudur. Təsəvvür edin ki, əgər bu məsələ əksinə olsaydı və İran Araz çayında Azərbaycan Respublikasının su payını kəssəydi və bunun əvəzinə Türkiyə Azərbaycan xalqının fəryadına yetsəydi, bu medialar hansı ajotaj yaradardılar və Türkiyəni Azərbaycan xalqının xilaskarı adlandırardılar. Amma bugün Türkiyənin qeyri-insani hərəkətini və onun qarşısında İranın yaxşı qonşuluq prinsiplərinə riayət etməsini çox asanlıqla görməməzliyə vururlar ki, bir müddətdən sonra təzədən sensasiya yaradaraq onu İrana qarşı təxribatçılıq üçün əllərində dəstavüz etsinlər.