Tarix : 2020 Jul 13
Kod 59971

Azərbaycanda: 520 infeksiyaya yoluxma, 8 ölüm

486 nəfər sağalaraq evə buraxılıb
Arannews- İyulun 12-də Azərbaycanda 520 adam COVİD-19 infeksiyasına yoluxub, 486 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 24 min 41 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 pasient ölüb. Hazırda aktiv xəstə sayı 8642 nəfərdir.
Operativ qərargah ötən müddətdə 568 min 234 testin aparıldığını qeyd edib:
“Bugünkü test sayı isə 7878-dir”..( meydan.tv)
  • Yazılıb
  • da (də) 2020 Jul 13
  • Göndərən مهدی امیری