Tarix : 2020 Jul 13
Kod 59972

MBH-nin daha bir üzvü karantinə alındı

Müsəlman Birliyi hərəkatının daha bir üzvü də karantinə alındı.

Arannews-Bu barədə Təşkilatın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, pandemiya səbəbindən dörd aydan artıq qapıları bağlı olan həbsxanalardan xəstəlik xəbərləri gəlməkdədir: "Bu bün 2 saylı cəzaçəkmə müəssisəsindən növbəti siyasi məhbusun karantinə alınma xəbərini aldıq. Bu, Nardaran hadisələri zamanı həbs olunan Ramin Yarıyevdir. R. Yarıyev həbsxana daxilində karantinə alınıb. Onu da xatırladaq ki, günlərdir hərarəti enməyən, nəfəs darlığı yaşayan Ramin Yarıyev karantinə alınan yeganə məhbus deyil. Həbsxanadan burada hərarəti yüksələn yetərincə məhbusun olduğunu bildirilər.

Məhbus yaxınları dövlət qurumlarına belə bir sual ünvanlayır: İşçilərdən başqa heç kimin buraxılmadığı, sovqat qəbul edilmədiyi halda həbsxanada kütləvi yoluxma necə baş verir?"

  • Yazılıb
  • da (də) 2020 Jul 13
  • Göndərən جهان کمالی