Tarix : 2020 Jul 13
Kod 59974

Həbsdə olan MBH İdarə Heyətinin üzvü koronavirus ehtimalı ilə karantinə alındı

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü İsa İbrahimov karantinə yerləşdirilib.

Arannews-Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, İsa İbrahimov bir neçə gündür qızdırma və nəfəs darlığından əziyyət çəkir: "Yaxınları bildirir ki, 11 saylı cəzaçəkmə müəssisində tibbi müdaxilələrə baxmayaraq səhətində irəliləyiş olmayıb. Həbsxanada karantinə alınan ilahiyyatçı dünən (red-11 iyul) 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb. Koronavirus ilə bağlı İsa İbrahimov analiz də verəcək. Bu vaxta qədər isə İsa İbrahimov sərt karantin rejimində saxlanılacaq".

 

Bundan əlavə qeyd olunur ki, həm İsa İbrahimovun, həm də digər məhbusların ailələri koronavirus pandemiyası səbəbilə yaxınlarına görə narahatdırlar.

  • Yazılıb
  • da (də) 2020 Jul 13
  • Göndərən جهان کمالی