Abgül Süleymanov: Həqiqi azadlıq qarşıdurma zamanı düşmən ilə möhkəm üzbəüz dayanıb, torpaqları müdafiə etmək, torpaqları işğaldan azad etmək və bu müqəddəs amal uğrunda şirin candan keçməkdir.
Arannews_Cəzaçəkmə müəssisələrindən çölə çıxmaq azad olmaq demək deyil, çünki həbsxanalarda hər katiqoriya insanlar mövcuddur. Yəni həm mərdlər var, həm də namərdlər. Kişilərin azadlığı cəbhə və cihad meydanlarındadır, zindan dan çölə çıxmaqda yox.
Həqiqi azadlıq zindandan çölə çıxmaq deyil, qarşıdurma zamanı düşmən ilə möhkəm üzbəüz dayanıb, torpaqları müdafiə etmək, torpaqları işğaldan azad etmək və bu müqəddəs amal uğrunda şirin candan keçməkdir. Zindandan çölə çıxmağa qaldıqda isə, burdan kişilər də çıxacaq nakişilərdə.
Bugünlərdə Tovuz rayonunda işğalçı və qəsbkar ermənilərin hücumu nəticəsində şəhid olmuş Azərbaycanlı mərd övladlarımıza salam olsun!
Allah onların qanını yerdə qoymasın!
Bütün mömin qardaş və bacılarımdan xahiş edirəm ki, namazlarında igid övladımızı dua etsinlər.
Abgül Süleymanov 13.07.2020