Müsəlman Birliyi Hərəkatının sədri: Biz də Müsəlman Birliyi Hərəkatı olaraq ön  cəbhədə mübarizə aparmağa, son damla qanımıza qədər  vuruşmağa hazır olduğumuzu  bir daha bəyan edir, bunu özümüzə müqəddəs vəzifə bilirik.
  Arannews-Azərbaycan Respublikası Müsəlman Birliyinin həbsdə olan lideri Hacı Tale Baqerzadə Tuvoz bölgəsindəki sərhəd  hərəkətləri və Ermənistan ordusunun Azəri qüvvələrinə hücumu haqqında bunları söylədi:
 Ötən gün torpaqlarımızda düşmənin törətdiyi təxribat  hər bir  azərbaycanlıda nifrət  və qəzəb hissini coşdurdu.
Dörd əsgərimiz şəhid oldu.
Biz, bu fürsəti əldən vermədən düşmənin törətdiyi təxribata  görə dərhal cəzalandırmalıyıq. Bunun üçün işğal olunmuş ərazilərimizdə ordumuza  qarşı hücuma keçən düşməni məhv edərək torpaqlarımızı  geri qaytarmalıyq. Düşmənin  atdığı addım yetərli səbəbdir  ki, ordumuz bu vəziyyəti  fürsətə çevirsin.
Heç şübhəsiz  ki, xalq həmişə olduğu kimi öz ordusunun yanında və ona
dəstək olacaq.
 Biz də Müsəlman Birliyi Hərəkatı olaraq ön  cəbhədə mübarizə aparmağa,
son damla qanımıza qədər  vuruşmağa hazır olduğumuzu  bir daha bəyan edir, bunu özümüzə müqəddəs vəzifə bilirik. Cismimizlə bərabər mənəvi dəstəyimiz, dualarımız, savaş ruhumuz daim şücaətli cəsur əsgər və zabitlərimizlədir.
Allah böyükdür, vətən sağ olsun!
 
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri
Qobustan həbsxanası
13 iyul, 2020-ci il.