Tarix : 2020 Jul 14
Kod 59981

Ermənistan Arazın dadını acılayır

Ötən il Ermənistanda zavod tullantılarının Araza axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü bir çox söz-söhbətlər yaratdı. Son illərdə bir sıra rəsmilər onu inkar edir, bəziləri isə Arazın çirkləndiyinə təkid edirdi.
AranNews – Araz çayı Ərdəbilin üç su hövzəsindən biridir və şimal əyaləti cəmiyyətinin əksər hissəsini içməli su ilə təmin edir. Bu çayın əhəmiyyətinə diqqət etməklə İslami Şura Məclisinin nümayəndələri bir vaxtlar onun sənaye tullantıları ilə çirkləndirilməsinə öz narahatlıqlarını bildirdilər, digər bir vaxtda isə hər hansı çirklənmənin olmadığını dedilər.
Bunu da deyək ki, Muğan məntəqəsinin (Parsabad və Biləsuvar) içməli suyu Araz çayı vasitəsilə təmin olunmasına, digər tərəfdən də Parsabadda mədə-bağırsaq xərçəngi və Ərdəbildə mədə xərçənginin artmasına diqqət etməklə bir çoxları bu iki kateqoriyanı bir-birinə bağlayırlar.
Bir neçə ildir ki, Məclis nümayəndələri və ətraf mühit fəalları bu çayın çirkləndiyini deyirlər, lakin hər dəfə məntəqənin su təmini səlahiyyətlilərinin iddiaları ilə bu məsələyə baxılmaqdan imtina edilir və Arazın çirklənmədiyi deyilir.
2017-ci ildə 4 min balığın ölməsi ilə Araz çayında başlanan təhqiqatlar göstərdi ki, balıqlar zəhər, yaxud ağır elementlər səbəbindən ölüblər. Bu xəbər Xudafərin prokuroru Həsən Həzrətini məsələyə baxmağa məcbur etdi.
Araz çayında narahatedici məsələ Ermənistanın zavod və atom stansiyası tullantılarını Araz çayına axıtması idi. Bu məsələ suyun çirklənməsinə və balıqların ölümünə səbəb olmuşdu.
 
Parsabad əhalisinin canının bəlası
Əyalətlər Ali Şurasında Ərdəbil təmsilçisi deyir: “Ermənistanın sənaye zavodlarının tullantılarını bu məntəqədə Arazın istifadə olunan suyuna axıtması nəticəsində camaatın çoxu xərçəng xəstəliyinə düçar olub.”
Puya Mücərrəd jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Parsabadda elə bir ailə yoxdur ki, öz yaxın adamını yol qəzasında, yaxud xərçəng xəstəliyinə görə itirməmiş olsun.”
Ermənistan ölkəsinin zavod tullantılarını Araza axıtması üzündən xərçəngin Parsabad əhalisinin canına bir bəla olduğunu, Ərdəbil əyalətində mədə-bağırsaq xərçəngi statistikasının ən yüksək olduğunu açıqlayan təmsilçi əlavə edib: “Əyalətlər Ali Şurasında Ərdəbilin təmsilçisi olaraq səlahiyyətli orqanlardan istəyirəm ki, insanların canı ilə oynayan bu iki problemi tezliklə aradan qaldırsınlar.”
 
Dövlət reaksiya versin
Kəleybər, Hurand və Xudafərin əhalisinin İslami Şura Məclisində sabiq təmsilçisi də Ermənistanın sənaye tullantılarını Araza axıtmasını humanitar və ekoloji faciə yaratdığını bildirərək, dövlətdən istəyib ki, bu problemin aradan qaldırılması üçün ciddi addım atsın.
Allahqulu Quluzadə bundan əvvəl də Araza axıdılan tullantıların ətraf mühitə zərəri barədə ciddi xəbərdarlıq edərək demişdi: “Dövlətdən gözləntimiz budur ki, bu mövzuya reaksiya versin və onu izləsin.”
O, Şərqi Azərbaycan təmsilçilərinin bu məsələ ilə bağlı enerji naziri ilə söhbətlərinə də toxunaraq deyib: “Ermənistanın diqqətsizliyi üzündən hal-hazırda bu ölkədən mis və qızıl çirkab suları və tullantıları Araza axıdılır və məntəqənin ekologiyasını bərk təhdid edir. Bu, davam edərsə yaxın gələcəkdə humanitar faciə və ekoloji faciənin şahidi olacağıq.”
Qulizadə vurğulayıb: “İnsanların həyatı çox dəyərlidir və dövlət bu məsələni izləməlidir ki, tullantıların Araza axıdılmasının qarşısı alınsın.”
 
Araz mənşədən məqsədə kimi
Araz çayı öz mənşəyini Türkiyənin Anadolu məntəqəsinin Bingöl dağlarından götürür, Türkiyə və Ermənistan sərhədində Arpa çayına qovuşur, sonra Naxçıvanla 11 km. müştərək sərhəd təşkil edir. İran və Naxçıvan sərhədindən ötüb keçən Araz çayı İran və Ermənistan sərhədindən də keçərək yenidən İran və Azərbaycan arasında ortaq sərhəd təşkil edir, Ərdəbil əyalətinin şimalının sonunda (Parsabad şəhristanında) Azərbaycan Respublikasına daxil olur, Kür çayına qovuşaraq sonda Xəzərə tökülür.
 
Araz çirklənib
Şərqi Azərbaycan Təbii Sərvətlər və Kənd Təsərrüfatı üzrə Təhqiqat Mərkəzinin elmi heyətinin üzvü Əhməd Bayburdi bu məsələ ilə bağlı deyib: “2016-cı ildə bütün məsul orqanların iştirakı ilə Təbriz Tibb Elmləri Universitetində iclas keçirildi və hər bir orqan Araz çayının çirklənməsi barədə öz hesabatını təqdim etdi. Həmin il Su Şirkəti həyata keçirdiyi dəqiq araşdırmalarında bildirdi ki, balıqların bədənində ağır elementlərə rast gəlinib, habelə suda ağır element çöküntüləri görünüb.
Araz çayının suyu və bu çayda ölmüş balıqlar üzərində aparılan tədqiqatlardan belə nəticəyə gəldik ki, suyun özündə infeksiya və xəstəlik yoxdur. Yəni ağır metal elementləri və zəhər suyun çirklənməsinə və bu balıqların ölümünə səbəb olmuşdur.”
Əhməd Bayburdi deyib: “Ölkəmizdəki zəhərin miqdarını ölçən aparatlar köhnədir və yeni zəhərləri tanıya bilmir. Ona görə də Arazda çirklənmənin hansı növ zəhər olmasını dəqiq demək olmur.”

 
  • Yazılıb
  • da (də) 2020 Jul 14
  • Göndərən جهان کمالی