Tarix : 2020 Jul 14
Kod 59983

Vaezi: "Tehran Bakı ilə hərtərəfli əməkdaşlıqların və münasibətlərin daha da inkişafına, güclənməsinə və möhkəmlənməsinə hazırdır"

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub.
Arannews-APA xəbər verir ki, M.Vaezi iki ölkənin, o cümlədən Azərbaycan Respublıkasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikası üçün regional strategiya olduğunu bildirib və əlavə edib ki, Tehran Bakı ilə münasibətlərin hərtərəfli inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərin zəruriliyinə təkid edir.
Prezident Administasiyasının rəhbəri iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin zəruriliyinə işarə edərək deyib ki, qonşular ilə əlaqələrin inkişafı İranın xarici siyasətinin əsas prinsiplərindən hesab olunur və bu sahədə Tehran Bakı ilə hərtərəfli əməkdaşlıqların və münasibətlərin daha da inkişafına, güclənməsinə və möhkəmlənməsinə hazırdır.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 14
  • Göndərən جهان کمالی