Tarix : 2020 Jul 15
Kod 59985

İran Parlamentinin Sosial Komissiyasının sədr müavini Azərbaycan Respublikasına başsağlığı verib

İran İslami Şura Məclisinin Sosial məsələlər üzrə komissiyasının sədr müavini Vəli İsmayıl Azərbaycan ordusunun bir neçə əsgərinin şəhid olması münasibətilə başsağlığı verib.
AranNews - İslami Şura Məclisində Germi əhalisinin təmsilçisi və Sosial məsələlər üzrə Komissiyanın sədr müavini Vəli İsmayıl Asiya regionunda və İranın qonşuluğunda baş verən qarşıdurmaların sionist rejimi və Amerikanın oyunu olduğunu deyib.
Vəli İsmayıl Tovuz rayonunda Ermənistanla qarşıdurmada dost Azərbaycanın bir neçə əsgərin şəhid olması münasibətilə bu ölkəyə başsağlığı verməklə yanaşı bildirib ki, Asiya regionunda və qonşu ölkələrdə münaqişələr yaratmaq işğalçı sionist rejimi və Amerikanın senarisidir və region ölkələri qəsbkar ölkələrin məntəqədə əmin-amanlığı pozmasına icazə verməməlidir.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 15
  • Göndərən جهان کمالی