Tarix : 2020 Jul 15
Kod 59986

Urmiya əhalisinin Məslisdə təmsilçisi: Ermənistan bilsin ki, məntəqə ölkələri və xalqları öz din qardaşlarının yanındadır

İslami Şura Məclisində Urmiya əhalisinin təmsilçisi deyib: “Ermənistan öz axmaqlığını davam etdirməzdən öncə, yaxşı olar bilsin ki, məntəqə ölkələri və xalqları öz din və dil qardaşlarının yanındadır.”
AranNews - Redaksiyamızın Şərqi Azərbaycanın “Həmşəhri” kanalına istinadla verdiyi xəbərə görə, İslami Şura Məclisində Urmiya əhalisinin təmsilçisi, Milli Təhlükəsizlik və Xarici Siyasət məsələləri üzrə Komissiyasının üzvü Ruhullah Həzrətpur deyib: “Qəsbkar Ermənistan sionist rejimi və Amerikanın məntəqənin sabitliyini pozmaq və münaqişə yaratmaq istiqamətindəki proqramlarını icra edir. Ermənistan öz axmaqlığını davam etdirməzdən öncə, yaxşı olar bilsin ki, məntəqə ölkələri və xalqları öz din və dil qardaşlarının yanındadır, İslam torpağını bir ovuc işğalçı yağıya verməyəcək.”
 
  • Yazılıb
  • da (də) 2020 Jul 15
  • Göndərən جهان کمالی