Tarix : 2020 Jul 15
Kod 59987

Ermənistan ordusunun zabitləri məhv edildi

Ermənistan ordusunun 2 zabiti Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca gedən döyüşlərdə məhv edilib.

Arannews-Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Tovuz istiqamətində gedən döyüşlər zamanı mayor Haruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüblər. 
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da təsdiqləyib.

Düşmən itkilərinin daha çox olduğu bildirilir. 

  • Yazılıb
  • da (də) 2020 Jul 15
  • Göndərən جهان کمالی