Təbriz, Üskü və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Ruhullah Mütəfəkkirazad Qarabağın Azərbaycana qayıtmalı olduğunu vurğulayıb.
AranNews – Təbriz, Üskü və Azərşəhr əhalisinin Parlamentdə təmsilçisi və Parlamentin idarə heyətinin üzvü doktor Mütəfəkkirazad öz Tvitter səhifəsində erməni qüvvələrinin Tovuzda azəri əsgərlərə qəfil hücumu barədə yazıb: “İşğal edilmiş Qarabağ cəbhəsində baş verən son döyüşlər barədə hazırkı dövrdə hər iki tərəfi təmkinli olmağa dəvət etməklə yanaşı bildirirəm:
1. İmperialist güclərin, habelə İsrail rejiminin hər iki ölkədə fəaliyyətləri münaqişənin həlli üçün böyük maneədir.
2. Qarabağ Azərbaycanın bir parçasıdır.”