Tarix : 2020 Jul 16
Kod 59991

Doktor Pərğu Azərbaycan dövləti və xalqına başsağlığı verib

Təbriz Universitetinin professoru doktor Pərğu: “Tovuzda Ermənistanla döyüşdə dost və qonşu Azərbaycan ölkəsinin bir neçə hərbçisinin şəhid olması münasibətilə Azərbaycan dövləti və xalqına başsağlığı verirəm.”
AranNews - Təbriz Universitetinin professoru doktor Pərğunun məktubunda deyilir: “Öz əzizlərini və igidlərini İslama və vətənə təqdim etmiş Azərbaycan Respublikasının şəhid yetişdirən xalqı ilə həmdərd olduğumuzu bildirir və onlara dəstəyimizi elan edirik. Habelə, diqqətli olmalarını tövsiyə edirik. Çünki Ermənistanın pərdəsi arxasında dayanmış sionistlərin gizli əlləri görünür.
Azərbaycan Respublikası dövlətindən də xahiş edirik ki, şəhidlərin qanına qarşı həssas olsun və kinli erməni düşməninə qətiyyətli cavabı ilə ermənilərə bir daha bu hərəkəti təkrar etməyə icazə verməsinlər.
Erməni qüvvələrinin Tovuzda azəri hərbçilərə qəfil hücumunu pisləyirik və şəhid olmuş əsgərlərə görə başsağlığı veririk. Mütəal Allahdan əziz şəhidlərə rəhmət, məğfirət və uca məqamlar diləyirik. Həmçinin, təcavüzkarları Qarabağdan qovub çıxarmaq üçün müqavimətin güclənməsini, vəhdət və həmrəylik istəyirik.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 16
  • Göndərən جهان کمالی