Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib. 
  Arannews-Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib. 
 Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
 Qeyd edək ki, C. Bayramov 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuşdu.