İran Prezident Administrasiyasının rəhbəri deyib: “Azərbaycan və Ermənistan sərhədində qarşıdurma iki ölkənin maraqlarını və regionun sabitliyini təhdid edir və narahatlıq yaradır. Hər iki tərəfin maraqlarını və ərazi bütövlüyünü nəzərə almaqla məsələnin siyasi həlli bu böhranın yeganə çıxış yoludur.”
AranNews – Mahmud Vaizi öz Tvitter səhifəsində yazıb: “Azərbaycan və Ermənistan sərhədində qarşıdurma iki ölkənin maraqlarını və regionun sabitliyini təhdid edir və narahatlıq yaradır. Hər iki tərəfin maraqlarını və ərazi bütövlüyünü nəzərə almaqla məsələnin siyasi həlli bu böhranın yeganə çıxış yoludur. İran İslam Respublikası bundan əvvəl vasitəçilik etdiyinə və qonşuluq münasibətlərinə diqqət etməklə bu sahədə köməyini əsirgəməyəcək.”